Yay Olimpiya Oyunlarının açılışı zamanı Paris səması bağlanacaq.
İdman.biz-in məlumatına görə, bu barədə Fransa Nəqliyyat Nazirliyi xəbərdarlıq edib.
Gələn il iyulun 26-da keçiriləcək mərasim zamanı saat 19:00-dan gecəyarısına kimi, Fransa paytaxtının hava məkanı qapadılacaq. Nazrliyin məlumatında qadağanın 150 km radiusda tətbiq olunacağı bildirilib. Yalnız fövqəladə hallarda uçuşlara icazə veriləcək.
Fransanın dövlət qurumları arasında razılaşmaya əsasən, Olimpiada zamanı oyunların keçiriləcəyi idman qurğularının üzərindən uçuşlar qadağan olunub. Konkret qadağalarla bağlı məlumat gələn ilin payızında yayımlanacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 24-də start götürüb, avqustun 16-da başa çatacaq.
İdman.biz