“İctimai nəqliyyatda hələ də çətinliklərimiz var. Biz Olimpiada üçün hər şeyi optimal rahat səviyyəyə gətirə bilməyəcəyik”.
İdman.biz xəbər verir ki, bunu Paris şəhərinin meri Ann İdalqo deyib.
O bildirib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına qədər nəqliyyat problemləri həll olunmayacağından yarışa tam hazırlıqdan söhbət gedə bilməz: “Şəhərdə elə yerlər var ki, yayda qatarların sayı kifayət qədər olmadığından nəqliyyatda problemlər yaranacaq. İntervallar böyük olacaq. Bu, təkcə İl-de-Frans bölgəsinin deyil, həm də hökumətin günahıdır. Əlimizdən gələni edirik, amma narahatam”.
Qeyd edək ki, sayca 33-cü Yay Olimpiya Oyunları 22 iyul - 11 avqust tarixlərində keçiriləcək.
İdman.biz