BOK boksun Los-Anceles-2028-in proqramından çıxarılması ilə bağlı qərarının müzakirəsini təxirə salıb

Xəbərlər
13 Oktyabr 2023 17:48
375
BOK boksun Los-Anceles-2028-in proqramından çıxarılması ilə bağlı qərarının müzakirəsini təxirə salıb

Beynəlxalq Olimpiya Komitəsi (BOK) boksun Los-Anceles-2028 Yay Olimpiya Oyunlarından çıxarılması ilə bağlı müzakirələri təxirə salıb.

İdman.biz xəbər verir ki, bunu BOK-un prezidenti Tomas Bax İcraiyyə Komitəsinin Mumbayda (Hindistan) keçirilən iclasında bildirib.

2019-cu ildə BOK təşkilat daxilində idarəetmə və maliyyə böhranı səbəbindən Beynəlxalq Boks Assosiasiyasından (İBA) tanınma statusunu müvəqqəti olaraq geri götürüb. 2021-ci ildə Tokioda (Yaponiya) keçirilən Olimpiadada boks yarışları İBA-nın bayrağı altında keçirilməyib və sonradan da qurumdakı problemlər həllini tapmayıb.

Qeyd edək ki, iyunda BOK İBA-nı Olimpiya Hərəkatından kənarlaşdırıb. 2024-cü ildə Paris-2024 Yay Olimpiya Oyunlarında isə boks turnirinin təşkili yenə BOK-a həvalə edilib.

İdman.biz