Paris-2024: Voleybol yarışlarında iştirak edəcək 7 komanda bəlli olub

Xəbərlər
9 Oktyabr 2023 12:29
509
Paris-2024: Voleybol yarışlarında iştirak edəcək 7 komanda bəlli olub

Kişi voleybolçular arasında Braziliya, Yaponiya və Çində keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarına təsnifat xarakterli turnir başa çatıb.

İdman.biz xəbər verir ki, 24 komandanın iştirakı ilə baş tutan oyunların nəticələrinə əsasən 4 illiyin zirvə yarışına lisenziya qazanan 6 milli komanda bəlli olub.

Bunlar, Almaniya, Braziliya, ABŞ, Yaponiya, Polşa və Kanada yığmalarıdır. Ev sahiblərini də nəzərə alsaq, artıq bu say 7-yə çatıb.

Qeyd edək ki, Fransa paytaxtında Olimpiada gələn il iyulun 26-dan avqustun 11-dək, Paralimpiada isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

İdman.biz