Beynəlxalq Atletlər Forumu başa çatıb

Xəbərlər
2 Oktyabr 2023 19:42
375
Beynəlxalq Atletlər Forumu başa çatıb

Bu gün İsveçrənin Lozanna şəhərində keçirilən 11-ci Beynəlxalq Olimpiya Komitəsinin Beynəlxalq Atletlər Forumuna (IAF) yekun vurulub.

İdman.biz saytına Milli Olimpiya Komitəsindən verilən məlumata görə, forumda qarşıdan gələn Olimpiya Oyunları haqqında müzakirələr aparılıb.

WADA və Beynəlxalq Test Agentliyinin nümayəndələri ilə təmiz idmanın əhəmiyyətini və rəqabət manipulyasiyasının qarşısının alınması haqqında geniş fikir mübadiləsi olub. İdmançıların mühafizəsi və təhlükəsizliyi haqqında da fikirlər dinlənilib, həmçinin İdmanda Korrupsiyaya Qarşı Beynəlxalq Tərəfdaşlıq (IPACS) məsələlərinə toxunulub. Forumun sonunda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax iştirakçıların suallarını cavablandırıb. Bununla da 11-ci Beynəlxalq Atletlər Forumuna yekun vurulub.

Beynəlxalq Atletlər Forumunda ölkəmizi Azərbaycan Atletlər Komissiyasının sədri, Rio-2016 Yay Olimpiya Oyunlarının və dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu cüdoçu Rüstəm Orucov təmsil edib.

İdman.biz