Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, iyulun 21-27-də paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.
🔹 Çimərlik voleybolu üzrə ölkə çempionatı – 20-25 iyul (Bakı);
🔹 Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş şahmat üzrə Xəzər rayon turniri - 21 iyul, saat 10:00 (Binə İdman və Tədris Mərkəzi);
🔹 2015-2016 və 2017-2018-ci il təvəllüdlü oğlanlardan ibarət həvəskar futbol komandaları arasında Gənclər və İdman Nazirliyinin yaranmasının 31-ci ildönümü münasibətilə Səbail rayonu üzrə minifutbol turniri - 21-23 iyul, saat 10:00 (İdman və istirahət parkı);
🔹 Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş badminton üzrə nümunəvi çıxışlar - 22 iyul, saat 10:00 (Respublika Uşaq İstirahət Mərkəzi);
🔹 Peşəkar Çövkən Liqası (13-cü tur) – 22-23 iyul (Bakı);
🔹 Gənclər və İdman Nazirliyinin yaranmasının 31-ci ildönümünə həsr olunmuş 2013-2015-ci il təvəllüdlü oğlanlar və qızlar arasında şahmat üzrə Qaradağ rayon turniri - 22-23 iyul, saat 10:00 (Lökbatan qəsəbəsi, Qaradağ Təlim-İdman Bazası);
🔹 Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş minifutbol üzrə nümunəvi çıxışlar - 23 iyul, saat 10:00 (Binəqədi rayon "Azfar" MMC-nin stadionu);
🔹 Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə Nizami rayonu uşaq və yeniyetmə idmançıların badminton üzrə nümunəvi çıxışları - 24 iyul, saat 17:00 (Nizami rayonu, H.Əliyev adına park-bulvar);
🔹 Gənclər və İdman Nazirliyinin yaranmasının 31-ci ildönümünə həsr olunmuş 2012-2015-ci il təvəllüdlü qızlar və oğlanlar arasında atletika üzrə Qaradağ rayon turniri - 24-25 iyul, saat 10:00 (Lökbatan qəsəbəsi Qaradağ Təlim-İdman Bazası);
🔹 Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə Nizami rayonu uşaq, yeniyetmə və gənc idmançıların kyokuşin karate üzrə nümunəvi çıxışları - 25 iyul, saat 17:00 (Nizami rayonu, Q.Qarayev-18.ABAD məhəllə, idman meydançası);
🔹 Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə badminton üzrə nümunəvi çıxışlar - 25 iyul, saat 17:00 (“Yasamal” parkı);
🔹 Cüdo üzrə U15 Avropa Kuboku – 26-27 iyul (Bakı).
İdman.biz