Tatarıstanda kəmər güləşi və qırğız kuroş növləri üzrə dünya çempionatı başa çatıb.
İdman.biz xəbər verir ki, Azərbaycan millisi mundialda 22 medal qazanıb.
Böyüklər arasında klassik kəmər güləşində Ariz Hüseynov gümüş, Kazım İsmayıllı və Rəvan Həsənov bürünc medal qazanıblar.
Yeniyetmələr arasında klassik kəmər güləşində Nuhan Müzəffərov, Murad Mehtiyev, Namiq Əlizadə, Ramil Malıyev və Əmrah İsmayılov ikinci yeri tutublar.
Çimərlik kəmər güləşində Ülvi Rzayev qızıl, Cəsur Mehtiyev və Amin Qulamov gümüş, Xəlil Murzayev və Yolqulu Məmmədov bürünc medal əldə ediblər.
İdmançılarımız klassik kəmər güləşi üzrə komanda yarışında 3-cü pilləyə qalxıblar.
Qırğız kuroşunda Ariz Hüseynov qızıl, Ülvi Rzayev, Cəsur Mehtiyev, Xəlil Murzayev, Yolqulu Məmmədov və Amin Qulamov bürünc, Gözəl Zutova və Diana Şoranova gümüş medal qazanıblar.
Ümumilikdə, milli komandamız 31 ölkədən 400-dən çox idmançının iştirak etdiyi iki yarışda 2 qızıl, 10 gümüş, 10 bürünc olmaqla 22 medal qazanıb.
İdman.biz