Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
9 İyun 2025 16:14
40
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, iyunun 9-15-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Milli Qurtuluş Gününə həsr olunmuş idarə, müəssisə və təşkilatlar arasında pnevmatik tüfəngdən güllə atıcılığı üzrə Xızı rayon çempionatı – 12 iyun, saat 10:00 (Xızı rayon Heydər Əliyev Mərkəzi);
- Milli Qurtuluş Gününə həsr olunmuş uşu üzrə kadetlər və yeniyetmələr arasında Abşeron rayon birinciliyi – 14 iyun, saat 9:00 (Xırdalan şəhəri, “Mübariz” Taekvondo Klubu).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Milli Qurtuluş Gününə həsr olunmuş voleybol üzrə ali, orta ixtisas və peşə məktəbləri arasında Şamaxı rayon turniri – 10-11 iyun, saat 14:00 (Şəhər 3 saylı məktəb);
- Milli Qurtuluş Günü münasibətilə yeniyetmələr arasında futbol üzrə Qobustan rayon turniri – 10-14 iyun, saat 15:00 (Qobustan Olimpiya İdman Kompleksi);
- Şəhidlərin əziz xatirəsinə həsr edilmiş həvəskarlar arasında futbol üzrə İsmayıllı rayon turnirinin yarımfinal və final mərhələsi – 10-15 iyun, saat 17:30 (İsmayıllı rayon, Aşağıbaş və Hacıhətəmli stadionu);
- Milli Qurtuluş Günü münasibətilə məktəblilər arasında voleybol üzrə İsmayıllı rayon turniri – 11-13 iyun, saat 10:30 (İsmayıllı Olimpiya İdman Komleksi);
- Milli Qurtuluş Günü münasibətilə dama üzrə Ağsu rayon turniri – 12 iyun, saat 15:00 (Ağsu rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi).
🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 31 illiyinə həsr olunmuş oğlanlar və qızlar arasında badminton üzrə Gəncə şəhər açıq birinciliyi - 9 iyun, saat 10:30 (Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəb);
- Əməkdar məşqçi Əşrəf Mehtiyevin xatirəsinə həsr olunmuş açıq şahmat turniri - 9-13 iyun, saat 14:00 (“Təhsil” RİM Gəncə şəhər 2 nömrəli UGİŞM Publik Hüquqi Şəxs);
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şəhər, qəsəbə və kənd komandaları arasında futbol üzrə Goranboy rayon çempionatı - 9-15 iyun, saat 18:00 (şəhər, qəsəbə və kənd stadionları);
- Milli Qurtuluş Gününə həsr olunmuş ümumtəhsil məktəblərinin qadın müəllimələri arasında voleybol üzrə turnir - 11 iyun, saat 15:00 (Gəncə şəhər K.D.Uşinski adına 29 nömrəli tam orta məktəb);
- Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə ''Samux Kuboku'' turnirinin final oyunu - 15 iyun, saat 17:00 (Samux rayon Ağasıbəyli kənd stadionu).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- İdarə, müəssisə və təşkilatlarda çalışan əməkdaşlar arasında voleybol üzrə rayon turniri - 11 iyun, saat 14:00 (Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi Xocalı şəhər 4 nömrəli tam orta məktəb);
- Milli Qurtuluş Gününə həsr olunmuş sürətli şahmat üzrə 6-16 yaşlı oğlan və qızlar arasında Ağcabədi rayon turniri – 11-13 iyun, saat 14:30 (Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- Milli Qurtuluş Gününə həsr olunmuş sərbəst güləş üzrə rayon turniri - 12 iyun, saat 14:00 (Ağdam Olimpiya İdman Kompleksi).
🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- 2008-2010, 2011-2013-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə rayon turniri - 10 iyun, saat 10:00 (Tovuz Olimpiya İdman Kompleksi);
- 2012-2013, 2014-2015-ci il təvəllüdlü yeniyetmələr arasında stolüstü tennis üzrə rayon turniri - 11 iyun, saat 10:00 (Ağstafa rayon Aşağı Göycəli kənd tam orta məktəbi);
- Üzgüçülük üzrə uşaq və yeniyetmələr arasında rayon turniri - 12 iyun, saat 14:00 (Qazax Olimpiya İdman Kompleksi);
- Milli Qurtuluş Gününə həsr olunmuş stolüstü tennis üzrə rayon turniri - 13 iyun, saat 9:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- Milli Qurtuluş Gününə həsr olunmuş taekvondo üzrə Şəmkir UGİM-in daxili birinciliyi - 14 iyun, saat 9:00 (Şəmkir rayon, Kür qəsəbə İdman Kompleksi).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş 2011-2012-ci il təvəllüdlü yeniyetmə oğlanlar arasında minifutbol üzrə Siyəzən rayon birinciliyi - 11-12 iyun, saat 11:00 (Siyəzən şəhər stadionu);
- "Konstitusiya və Suverenlik İli " çərçivəsində üzgüçülük üzrə uşaq və yeniyetmələr arasında Qusar rayon birinciliyi - 12 iyun, saat 10:00 (Qusar Olimpiya İdman Kompleksi);
- Milli Qurtuluş Gününə həsr olunmuş kros qaçışı üzrə Xaçmaz rayon birinciliyi - 12 iyun, saat 11:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bələdiyyə komandaları arasında futbol üzrə Quba rayon birinciliyi - 13 iyun, saat 17:00 (Quba rayonu, Bağbanlı qəsəbə stadionu);
- Milli Qurtuluş Gününə həsr olunmuş 2012-2013 və 2014-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə Şabran rayon birinciliyi - 14 iyun, saat 10:00 (Şabran UGİM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika üzrə kütləvi idman tədbiri - 14 iyun, saat 17:00 (Quba Olimpiya İdman Kompleksi);
- Milli Qurtuluş Gününə həsr olunmuş qol güləşi və strikt körl idman növləri üzrə Qusar rayon açıq turniri - 15 iyun, saat 11:00 (Qusar şəhər mərkəzi meydan).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 31-ci ildönümünə həsr olunmuş minifutbol üzrə Astara rayon turniri - 11-15 iyun, saat 17:00 (Astara Olimpiya İdman Kompleksi);
- Milli Qurtuluş Gününə həsr olunmuş basketbol üzrə Cəlilabad rayon turniri - 12-14 iyun, saat 10:00 (Cəlilabad şəhər 2 nömrəli tam orta məktəbi);
- "Konstitusiya və Suverenlik İli" çərçivəsində yeniyetmələr arasında sərbəst güləş üzrə Masallı rayon UGİM birinciliyi - 12-13 iyun, saat 15:00 (Masallı rayonu Cəngavər idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 13 iyun, saat 10:30 (Yardımlı rayon Bozayran kənd stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 14 iyun, saat 11:00 (Cəlilabad rayon Göytəpə şəhər Mərkəzi parkı);
- Milli Qurtuluş Gününə həsr olunmuş voleybol üzrə turnir - 14-15 iyun, saat 11:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 15 iyun, saat 10:00 (Masallı rayon Nizami Gəncəvi adına xatirə parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi idman tədbiri - 15 iyun, saat 10:00 (Lerik rayon Heydər Əliyev meydanı).
🔹 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Milli idman oyunu - nərd üzrə rayon turniri - 10-13 iyun, saat 15:00 (Göyçay Gənclər Evi);
- Milli Qurtuluş Günü münasibətilə taekvondo üzrə rayon turniri - 12 iyun, saat 15:00 (Zərdab rayonu, Şahmat Dama klubu);
- Milli Qurtuluş Gününə həsr olunmuş minifutbol üzrə şəhər turniri - 13-19 iyun, saat 17:00 (Mingəçevir şəhər Mənzil İstismar Sahələri ərazilərindəki stadionlar);
- Milli Qurtuluş Gününə həsr olunmuş kikboksinq üzrə rayon turniri - 14 iyun, saat 10:00 (Göyçay kikboksinq klubu).
🔹 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Kəndlərdə idmanın kütləviliyini artırmaq üçün tədbir - 11 iyun, saat 12:00 (Saatlı rayonu M.Əliyev adına Əlisoltanlı kənd tam orta məktəbi);
- Yeniyetmələr arasında stolüstü tennis üzrə rayon turniri - 13 iyun, saat 15:00 (Sabirabad Gənclər Evi).
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Şəhidlərin xatirəsinə həsr olunmuş həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 2-20 iyun, saat 19:00 (Zaqatala rayon Tala Qala İstirahət Mərkəzi);
- "Qəbələ İdman Paytaxtı-2025" çərçivəsində ümumtəhsil məktəbləri arasında minifutbol üzrə rayon birinciliyi - 5-11 iyun, saat 10:00 (Qəbələ şəhər 5 saylı tam orta məktəb);
- “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Qurtuluş Gününə həsr olunmuş təhsil işçiləri arasında stolüstü tennis üzrə şəhər turniri - 11 iyun, saat 10:00 (Şəki şəhər 12 saylı tam orta məktəb);
- Milli Qurtuluş Gününə həsr olunmuş yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi - 11-12 iyun, saat 15:00 (Oğuz rayon Uşaq Gənclər İdman Şahmat Məktəbi);
- Yeniyetmələr arasında voleybol üzrə rayon birinciliyi - 13-14 iyun, saat 15:00 (Qax şəhər 2 saylı məktəb lisey).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Ümumtəhsil məktəblərinin şagirdləri arasında atletika üzrə (60 metr məsafəyə qaçış, yerindən uzununa tullanma) rayon turniri - 10-11 iyun, saat 14:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Qurtuluş Gününə həsr edilmiş stolüstü tennis üzrə rayon birinciliyi - 12-13 iyun, saat 15:00 (Salyan şəhər 9 saylı tam orta məktəb);
- Milli Qurtuluş Günü münasibətilə yeniyetmələr arasında bədii gimnastika üzrə şəhər turniri – 12-13 iyun, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- Milli Qurtuluş Günü münasibətilə 14-16 yaşlı oğlanlar arasında 100 metr məsafəyə qaçış üzrə şəhər birinciliyi - 13 iyun, saat 12:00 (Hacıqabul şəhər 8 nömrəli tam orta məktəbin idman meydançası);
- Gənclər arasında bilyard üzrə rayon turniri – 13-14 iyun, saat 14:00 (Neftçala Olimpiya İdman Kompleksi).

İdman.biz