Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
11 Noyabr 2024 17:28
91
Regionlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, noyabrın 11-17-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə idman ustası Zülfüqar Qulamov tərəfindən ustad dərsləri – 15 noyabr, saat 10:00 (Xızı rayon, Giləzi qəsəbəsi, UGİŞM).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmələr arasında stolüstü tennis üzrə “Zəfər” turniri – 12 noyabr, saat 10:00 (Qobustan Olimpiya İdman Kompleksi);
- Boccia idman növü üzrə kütləvi idman tədbiri – 14 -15 noyabr, saat 11:00 (İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində 23-cü Universiada Yay Oyunlarının, Dünya və Avropa çempionatlarının mükafatçısı, A kateqoriyalı yarışların qalibi və eləcə də kişilər arasında 5 qat Respublika çempionu Vüqar Kərimovun rəhbərliyi altında taekvondo üzrə ustad dərsi – 14 noyabr, saat 14:00 (Ağsu şəhər 3 nömrəli tam orta məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində stolüstü tennis üzrə nümunəvi çıxışlar – 15 noyabr, saat 11:00 (Şamaxı şəhər 10 saylı tam orta məktəb).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- Şahmat üzrə 8, 10, 12, 14 və 16 yaşlı oğlan və qızlar arasında Gəncə şəhər birinciliyi - 11-16 noyabr, saat 10:00 (“Təhsil” RİM Publik Hüquqi Şəxsinin Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi PHŞ).

Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmələr arasında sərbəst güləş üzrə Xocavənd rayon turniri – 16 noyabr, saat 15:00 (Beyləqan Olimpiya İdman Kompleksi).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- Şəhid Günəş Qocayevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə klub birinciliyi - 13 noyabr, saat 10:00 (Xaçmaz rayonu, Palçıqoba kənd tam orta məktəbi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Boks hamı üçün” kütləvi idman tədbiri – 15 noyabr, saat 15:00 (Siyəzən şəhər 6 nömrəli məktəb-liseyi)
- "İdman hamı üçün" layihəsi çərçivəsində qızlar arasında voleybol üzrə kütləvi idman tədbiri - 15 noyabr, saat 15:00 (Qusar Olimpiya İdman Kompleksi);
- Milli Dirçəliş Gününə həsr olunmuş yeniyetmələr arasında kros qaçışı üzrə Şabran rayon birinciliyi - 16 noyabr, saat 11:00 (Şabran şəhər Mərkəzi Stadionu);
- “Quba-İdman Paytaxtı 2024” çərçivəsində U-18 yaşlı yeniyetmə oğlan və qızlar arasında cüdo üzrə şimal birinciliyi - 16-17 noyabr, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi);
- Uşu üzrə "Zəfər" 4-cü klublararası turnir - 16-17 noyabr, saat 9:00 (Xaçmaz Olimpiya İdman Kompleksi).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Zəfər Günü münasibətilə minifutbol üzrə rayon turniri - 11-30 noyabr, saat 15:00 (Zərdab rayon 3 saylı tam orta məktəb);
- Taekvondo üzrə nümunəvi çıxışlar - 12 noyabr, saat 10:00 (Göyçay rayon stadionu);
- Mingəçevirdə ''Şəhər günü''nə həsr olunmuş minifutbol üzrə Uşaq-Gənclər İdman Məktəbinin futbol bölmələri arasında şəhər turniri - 13 noyabr, saat 10:00 (Mingəçevir şəhər Yaşar Məmmədzadə adına stadion);
- Milli Dirçəliş Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında cüdo üzrə rayon turniri - 16 noyabr, saat 10:00 (Yevlax rayon UGİŞM).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində həndbol üzrə nümunəvi çıxışlar - 14 noyabr, saat 11:30 (Yardımlı rayonu, Çayüzü kənd tam orta məktəbi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində müxtəlif idman növləri üzrə kütləvi açıq idman tədbiri - 16 noyabr, saat 10:00 (Masallı rayonu, Nizami Gəncəvi adına xatirə parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 16 noyabr, saat 10:00 (Lerik rayonu, Heydər Əliyev meydanı);
- "Sağlam həyat" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 16 noyabr, saat 11:00 (Lənkəran rayon Qala xiyabanı).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Məktəblilər arasında voleybol üzrə region birinciliyi - 26 oktyabr - 1 dekabr, saat 10:00 (Qax Olimpiya İdman Kompleksi);
- Yeniyetmələr arasında taekvondo üzrə rayon turniri - 15 noyabr, saat 10:00 (Qəbələ Olimpiya İdman Kompleksi);
- İdarə və təşkilatlar arasında minifutbol üzrə rayon turniri - 16-17 noyabr, saat 11:00 (Balakən Olimpiya İdman Kompleksi);
- Yeniyetmə və gənclər arasında sambo üzrə rayon birinciliyi - 17-18 noyabr, saat 15:00 (Oğuz Olimpiya İdman Kompleksi).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Fiziki imkanları məhdud olan şəxslər arasında dama üzrə Salyan rayon birinciliyi - 15 noyabr, saat 10:00 (Salyan rayonu, “Murad” Əlillər İctimai birliyi);
- Milli Dirçəliş Gününə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə Biləsuvar rayon birinciliyi - 14-15 noyabr, saat 10:00 (Biləsuvar şəhər İncəsənət Məktəbinin idman zalı);
- Milli Dirçəliş Gününə həsr olunmuş 2011-2013-cü il təvəllüdlü idmançılar arasında cüdo üzrə açıq region birinciliyi - 16-17 noyabr, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi);
- "Hərəkət sağlamlıqdır" devizi altında əyləncəli idman oyunları - 16 noyabr, saat 12:00 (Hacıqabul şəhər 4 nömrəli tam orta məktəb).

İdman.biz

Məqalədə: