İdmançılar və məşqçilər “Qan ver, həyat xilas et!” könüllü qanvermə aksiyasında iştirak ediblər - FOTO

6 Mart 2026 19:00
124
İdmançılar və məşqçilər “Qan ver, həyat xilas et!” könüllü qanvermə aksiyasında iştirak ediblər

Gənclər və İdman Nazirliyi “İdman həftəsi” çərçivəsində martın 6-da “Qan ver, həyat xilas et!” şüarı altında könüllü qanvermə aksiyası keçirib.

Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunda baş tutan aksiyada Gənclər və İdman Nazirliyinin kollektivi, idmançılar, məşqçilər, tələbələr iştirak ediblər.

Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib.

İdman.Biz