Paris-2024: 400 min bilet satışa çıxarılıb

Xəbərlər
30 Noyabr 2023 18:00
399
Paris-2024: 400 min bilet satışa çıxarılıb

Paris-2024 Yay Olimpiya Oyunlarına bilet satışı davam edir.

İdman.biz xəbər verir ki, müxtəlif idman növləri üzrə daha 400 min bilet satışa çıxarılıb.

Bundan əvvəl bilet satışı lotereya yolu ilə həyata keçriilib.

Qeyd edək ki, Fransada Yay Olimpiya Oyunları 1900-cü və 1924-cü illərdən sonra 3-cü dəfə keçiriləcək. Yarış 2024-cü ilin iyulun 26-dan avqustun 11-dək Parisdə təşkil olunacaq.

İdman.biz