Gürcü əsilli çempion Topuriya ABŞ-li döyüşçü ilə üz-üzə gəlir

Xəbərlər
6 Oktyabr 2025 11:40
37
Gürcü əsilli çempion Topuriya ABŞ-li döyüşçü ilə üz-üzə gəlir

Mütləq Döyüş Çempionatının (UFC) rəhbərliyi yüngül çəki dərəcəsi üzrə çempion, gürcü əsilli idmançı İliya Topuriya ilə ABŞ təmsilçisi Castin Qeyci arasında görüş təşkil etməyi planlaşdırır.

İdman.biz xəbər verir ki, bu barədə jurnalist və şərhçi Alvaro Kolmenero özünün “X” səhifəsində məlumat verib.

Bildirilib ki, döyüş 2026-cı ilin yanvarında baş tuta bilər.

Qeyd edək ki, yüksəkreytinqli gürcü əsilli döyüşçü İliya Topuriya UFC-də hazırda “lightweight” (70 kq) divizionunda çempiondur. O, texniki boksu, sürəti və özünəinamı ilə tanınır. Topuriya Gürcüstanın və təmsil etdiyi İspaniyanın fəxri hesab olunur.

İdman.biz