Portuqaliyanın Albufeyra şəhərində keçirilən WAKO versiyası üzrə dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, mundiala dünya və Avropa çempionu Eduard Məmmədov qələbə ilə başlayıb.
O, müxtəlif versiyalarda iki döyüş keçirib. Əvvəlcə “Light contact”da portuqaliyalı Emmanuel Kortesi, daha sonra “Kick Light”da isə hindistanlı Kunnakat Rajeşi məğlub edib.
Amin Quliyev (60 kq) 1/4 finalda qırğızıstanlı Ulan Ulu Adilə qalib gələrək dünya çempionatında ikinci qələbəsini qazanıb.
Mundialda Elvin Məmmədov (54 kq) da inamlı çıxışı edib. O, 1/4 finalda avstraliyalı İsayu Badatoya qalib gələrək yarımfinala yüksəlib.
Zəki Feyzullayev
İdman.biz