Azərbaycan kikboksçusu - Dünya Döyüş Sənəti Oyunlarında

Xəbərlər
30 Sentyabr 2023 10:55
Azərbaycan kikboksçusu - Dünya Döyüş Sənəti Oyunlarında

Azərbaycanlı kikboksçu Amil Quliyev oktyabrın 22-28-də Ər-Riyadda keçiriləcək Ümumdünya Döyüş Sənəti Oyunlarında iştirak edəcək.

İdman.biz -in məlumatına görə, o, 60 kq çəki dərəcəsində mübarizə aparacaq və kikboksinq yarışlarında yeganə idmançımız olacaq.

Bu çəkidə İspaniya, Özbəkistan, Türkiyə, Ukrayna, Mərakeş, Qırğızıstan və Braziliyadan olan döyüşçülər mübarizə aparacaq.

Nicat Zəkiyev

İdman.biz