İyunun 6-da Xorvatiyanın Varajdin şəhərində karate üzrə dünya çempionatı start götürəcək.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycan Karate Federasiyasının ənənəvi karate şito-ryu üslubu üzrə milli komandası iştirak edəcək.
Yığmaya Azərbaycan Karate Federasiyasının ənənəvi karate şito-ryu üslubu üzrə nümayəndəsi Bahadur Əhmədov rəhbərlik edir
Qeyd edək ki, çempionata ayın 8-də yekun vurulacaq.
İdman.biz