Azərbaycan karateçiləri Xorvatiyaya yollanacaqlar

Xəbərlər
4 İyun 2025 14:33
36
Azərbaycan karateçiləri Xorvatiyaya yollanacaqlar

Azərbaycanın karate komandası Xorvatiyanın Poreç şəhərində keçiriləcək Gənclər Liqasında çıxış edəcək.

İdman.biz xəbər verir ki, heyətdə müxtəlif yaş kateqoriyalarında mübarizə aparan 13 idmançı - 14 yaşdan 21 yaşadək karateçilər yer alıb.

Onların arasında artıq Premyer Liqa yarışlarında təcrübəsi olan Fərid Savadov (60 kq) və Rəşid Süleymanov (75 kq) da var.

İyunun 26-29-da keçiriləcək Gənclər Liqasında 78 ölkədən üç mindən çox idmançının iştirakı gözlənilir.

İdman.biz