Karateçilər Mərakeşə yollanır

Xəbərlər
27 May 2025 14:28
37
Karateçilər Mərakeşə yollanır

Azərbaycanın karate komandası Premyer Liqanın sonuncu turnirində iştirak etmək üçün yola düşür.

İdman.biz xəbər verir ki, turnir Mərakeşin Rabat şəhərində keçiriləcək.

Komandanın heyətinə altı idmançı daxildir: üçqat dünya çempionu İrina Zaretska (68 kq), Nuran Rzazadə, Hüseyn Məmmədli (hər ikisi 67 kq), Fərid Ağayev, Rəşid Süleymanov (hər ikisi 75 kq) və Osman Osmanlı (+84 kq).

Rabatda keçiriləcək turnirdə 67 ölkədən ümumilikdə 383 idmançı çıxış edəcək.

Qeyd edək ki, mayın 30-dan – iyunun 1-dək Rabatda keçiriləcək Premyer Liqa turnirinin yekununda bütün çəki dərəcələri üzrə “Grand Winner” titulunun sahibləri müəyyənləşəcək.

İdman.biz