Karateçimiz Roman Heydərov dünya çempionatına lisenziya qazanıb

Xəbərlər
17 Oktyabr 2025 21:10
43
Karateçimiz Roman Heydərov dünya çempionatına lisenziya qazanıb

Azərbaycan Karate Federasiyasının milli komandasının üzvü Heydərov Roman 17-19 oktyabr tarixlərində Fransa paytaxtı Parisdə keçirilən seçim yarışlarında uğurlu çıxış edərək kata proqramı üzrə dünya çempionatına lisenziya qazanıb.

İdman.Biz bildirir ki, seçim yarışları qarşıdakı dünya çempionatında iştirak hüququ əldə etmək məqsədilə təşkil olunub.

Hazırda seçim yarışları davam edir.

Azərbaycan idmançıları növbəti çıxışlarında da uğurlu nəticələr qazanmaq üçün mübarizəni davam etdirirlər.

Qeyd edək ki, dünya çempionatı 27-30 noyabr tarixlərində Misirin paytaxtı Qahirədə keçiriləcək.

İdman.Biz