Azərbaycan karateçiləri Parisə yola düşüb

Xəbərlər
15 Oktyabr 2025 15:19
35
Azərbaycan karateçiləri Parisə yola düşüb

Azərbaycan Karate Federasiyasının milli komandasının üzvləri oktyabrın 17-19-da Fransa paytaxtı Parisdə keçiriləcək seçim yarışlarında iştirak etmək üçün yola düşüblər.

İdman.Biz xəbər verir ki, yarışlar dünya çempionatına lisenziya qazanmaq məqsədilə təşkil olunur.

Milli komandamız Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmovun və baş məşqçi Şahin Atamovun rəhbərliyi altında bu mühüm yarışda ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, seçim mərhələsində uğurla çıxış edən idmançılar 27-30 noyabr tarixlərində Misirin paytaxtı Qahirədə keçiriləcək dünya çempionatında iştirak hüququ əldə edəcəklər.

İdman.Biz