“Raquf Orucov Kuboku”nda 13 komanda mübarizə aparıb - FOTO

Xəbərlər
1 May 2024 22:52
“Raquf Orucov Kuboku”nda 13 komanda mübarizə aparıb - FOTO

Bakı İdman Sarayında cüdo üzrə komandalar arasında beynəlxalq V “Raquf Orucov Kuboku” turniri keçirilib.

İdman.biz xəbər verir ki, 20 yaşadək cüdoçularından ibarət 13 komanda medallar uğrunda mübarizə aparıb.

Yarış 2016-cı il Aprel döyüşlərinin şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın azadlığı, dövlətimizin suverenliyinin təmin olunması uğrunda canını qurban verən bütün şəhidlərin xatirəsinə həsr edilib. Beynəlxalq turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Türkmənistan, Macarıstan, Gürcüstan və fərdi neytral idmançılar mübarizə aparıblar.

Turnirin finalında "Edelveys" (Fərdi Neytral İdmançılar) və “Cüdo Klub 2012” (Azərbaycan) komandaları qarşılaşıblar. Azərbaycan cüdoçuları qələbə qazanaraq, kubok və qızıl medallara layiq görülüblər. Bürünc medallara Atilla İdman Klubu (Azərbaycan) və Macarıstan komandaları yiyələniblər.

İdman.biz