Koreya Bakı “Böyük Dəbilqə”sinə ikinci heyətlə qatılacaq

Xəbərlər
6 Fevral 2024 18:34
213
Koreya Bakı “Böyük Dəbilqə”sinə ikinci heyətlə qatılacaq

Dünya cüdosunun aparıcı ölkələrindən olan Koreya Bakıda keçiriləcək “Böyük Dəbilqə”də 7 idmançı ilə təmsil olunacaq.

İdman.biz xəbər verir ki, turnirdə komandanın əsasən ikinci heyəti mübarizə aparacaq.

Tokio “Böyük Dəbilqə”sinin bürünc mükafatçısı Jun-Sunq An (81 kq), Universiadanın finalçısı Ju-Eop Han (90 kq), həmçinin Yonq-Kyul Li (60 kq), Hien-Çel Kanq (73 kq), Sunq-Ho Li (90 kq), Vyu-Hok Sonqa (+100 kq) və Hyek-Onq Li (48 kq) Bakıda güclərini sınayacaq.

Qeyd edək ki, paytaxtımızdakı “Böyük dəbilqə” fevralın 16-18-də keçiriləcək.

İdman.biz