EYOF-da iştirak edəcək gimnastlarımız məlum olub

Xəbərlər
13 İyul 2025 15:30
41
EYOF-da iştirak edəcək gimnastlarımız məlum olub

Şimali Makedoniyanın paytaxtı Skopyedəki 18-ci Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək gimnastlar müəyyənləşib.

İdman.biz xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

EYOF-da Leyla Məmmədzadə, Rafael Həsənov, Albina Əliyeva və Aynaz Məcidzadə mübarizə aparacaq.

Qeyd edək ki, yarış iyulun 22–26-da keçiriləcək.

İdman.biz