Mayın 30-da Bolqarıstanın Burqas şəhərində akrobatika üzrə Dünya kuboku start götürəcək.
İdman.biz xəbər verir ki, yarışda Azərbaycanın akrobatika millisi da mübarizə aparacaq.
Turnirdə Ağasif Rəhimovla Raziyə Seyidli, Milana Əliyeva ilə Sabir Ağayev, Murad Rəfiyevlə Daniel Abbasov duetləri, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət qrup, həmçinin Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət trio gücünü sınayacaq.
Bu, akrobatlarımızın bir qızıl, dörd gümüş və üç bürünc medal qazandıqları Lüksemburqda keçirilən Avropa çempionatından sonra ilk startı olacaq.
Qeyd edək ki, Dünya kubokunda iştirak üçün 11 ölkənin yığmaları müraciət edib.
İdman.biz