Azərbaycan gimnastları Avropa kubokunda bürünc medal qazanıblar - YENİLƏNİB - FOTO

Xəbərlər
17 May 2025 17:59
87
Azərbaycan gimnastları Avropa kubokunda bürünc medal qazanıblar - YENİLƏNİB - FOTO

Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə Avropa kuboku keçirilir.

İdman.biz xəbər verir ki, üçüncü yarış gününü böyüklərdən ibarət qrup komandalarının çoxnövçülük üzrə "Cross Battle" mərhələsi tamamlayıb.

Azərbaycan komandası – Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət heyətlə – pley-off mərhələsində Macarıstanla qarşılaşıb və toplanan xalların cəminə görə rəqibinə uduzub.

***

15:33

Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, turnirin üçüncü gününü fərdi çıxış edən yeniyetmələr açıb.

Azərbaycan gimnastları təsnifat mərhələsinin nəticələrinə əsasən, iki növdə - Şəms Ağagüseynova lentlə, Fidan Qurbanlı isə gürzlərlə çıxışda finala vəsiqə qazanıblar.

Daha sonra yeniyetmələrdən ibarət qrup komandaları mübarizəyə başlayıblar. Heyətində Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, Mədinə Abbaslı, Şəms Muvəffəqi və Nilufər Oruclunun çıxış etdiyi komandamız çoxnövçülükdə bürünc medal qazanıb. Həmçinin gimnastlar beş halqa və beş cüt gürzlə yarışlarda iki finala vəsiqə qazanıblar.

Günün ikinci yarısında isə böyüklərdən ibarət qrup komandaları arasında çoxnövçülük üzrə "Cross Battle" keçiriləcək. Azərbaycan komandası – Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədova – pley-off mərhələsində Macarıstanla qarşılaşacaq.

Qeyd edək ki, gimnastlarımız dünən üç top və iki halqa ilə kompozisiyada gümüş medal qazanıblar.

***

13:20

Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, turnirin üçüncü gününü fərdi çıxış edən yeniyetmələr açıb.

Azərbaycan gimnastları təsnifat mərhələsinin nəticələrinə əsasən, iki növdə - Şəms Ağagüseynova lentlə, Fidan Qurbanlı isə gürzlərlə çıxışda finala vəsiqə qazanıblar.

***

11:14

Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə Avropa kuboku davam edir.

İdman.biz xəbər verir ki, turnirin üçüncü gününü fərdi yarışlarda çıxış edən yeniyetmələr açacaq.

Onlar halqa, top, gürzlər və lentlə finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Azərbaycanı bu mərhələdə Şəms Ağahüseynova, Fidan Qurbanlı və Azadə Atakişiyeva təmsil edəcəklər.

Daha sonra yeniyetmələrdən ibarət qrup komandaları çoxnövçülükdə güclüləri müəyyənləşdirəcəklər. Nəzirin Abdullayeva, Ayan Nəsirova, Nəzirin Salmanlı, Mədinə Abbaslı, Şəms Müvəffəqi və Nilufər Oruculudan ibarət Azərbaycan komandası beş halqa və beş cüt gürz ilə kompozisiyalar təqdim edəcək.

Qrup və fərdi çıxışların nəticələrinə əsasən, komanda yarışlarının qalibləri müəyyənləşəcək.

İdman.biz