“Vüqar Həşimov” ikinci turda Şimali Makedoniya klubu ilə oynayacaq

Xəbərlər
2 Oktyabr 2023 09:50
1 062
“Vüqar Həşimov” ikinci turda Şimali Makedoniya klubu ilə oynayacaq

Albaniyanın Durras şəhərində şahmat üzrə klublararası Avropa Kubokunda “Vüqar Həşimov”un ikinci turda rəqibi olub.

İdman.biz xəbər verir ki, ilk oyunda Böyük Britaniya “Seltik Taygers”inə 5,5:0,5 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi ikinci sınağında Şimali Makedoniyanın “Qambit Asseko” klubuna qarşı mübarizə aparacaq.

Matç bu gün keçiriləcək.

Qeyd edək ki, rəqib startda İrlandiyanın “Qonzaqa” kollektivinə 4:2 hesabı ilə qalib gəlib.

Kişilərin yarışında 84 klub mübarizə aparır. Reqlamentə əsasən qalib 7 tura əsasən bəlli olacaq.

İdman.biz