Milli Gimnastika Arenasında 70 gimnastın iştirakı ilə hazırlıq başlayıb - FOTO

Xəbərlər
2 Fevral 2024 11:05
118
Milli Gimnastika Arenasında 70 gimnastın iştirakı ilə hazırlıq başlayıb - FOTO

“Ocaq Sport” Klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi (BGM), Respublika Kompleks İdman Məktəbi və Su İdmanı Sarayını təmsil edən bədii gimnastların iştirakı ilə məşqlərə start verilib.

İdman.biz xəbər verir ki, Milli Gimnastika Arenasında fevralın 3-dək davam edəcək hazırlıqda əsas məqsəd gimnastikanın inkişaf etdirilməsi, idmançıların hazırlığının gücləndirilməsidir.

Bədii gimnastika üzrə yığmanın məşqçisi Nəzrin Cəfərzadə bildirib ki, təlim-məşq toplanışında 4 klubdan 2009-2016-ci il təvəllüdlü 70 gimnast iştirak edir: “Məşqlərdə gimnastlar ümumi və xüsusi fiziki hazırlıq və alətin texniki hazırlığı istiqaməti üzərində işləyirlər. Bununla yanaşı, idmançılar burada xoreoqrafiya dərsləri də keçirlər”.

Xoreqraf Məlik Həsənov isə bildirib ki, 7 gün davam edəcək məşqlərin məqsədi müxtəlif klublarda çıxış edən gimnastların millidəki hazırlıq səviyyəsini mənimsəməsidir: “Hazırda gimnastların əl və ayaq hərəkətlərinin gücləndirilməsi üçün müxtəlif dərslər keçirik. Onlarla əsasən elementlərin üzərində işləyirik”.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: