Slovakiyanın Bratislava şəhərində aerobika gimnastikası üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycan idmançıları uğurlu çıxış ediblər.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Leyla Bejanova, Xədicə Quliyeva və Arzu Ağayevadan ibarət cütlük yüksək performans nümayiş etdirərək 17.333 xal toplayıb. Bu nəticə ilə gimnastlarımız turniri üçüncü pillədə başa vuraraq bürünc medala layiq görülüblər.
