FİFA referisi Əli Cəbrayılova beynəlxalq TƏYİNAT

Xəbərlər
22 Avqust 2025 11:20
51
FİFA referisi Əli Cəbrayılova beynəlxalq TƏYİNAT

Azərbaycanlı FIFA referisi Əli Cəbrayılov futzal üzrə UEFA Çempionlar Liqasının oyunlarına təyinat alıb.

İdman.biz xəbər həmyerlimiz turnirinin ilkin mərhələsinin E qrupunun Bolqarıstanda təşkil olunacaq oyunlarında ədaləti qoruyacaq.

Cəbrayılov avqustun 27-də keçiriləcək “Viten Orşa” (Bolqarıstan) – “Europa” (Cəbəllütariq) görüşündə 3-cü, həmin gün baş tutacaq “Veilimdorf” (Almaniya) – “Levski” (Bolqarıstan) matçında 2-ci hakim funksiyasını yerinə yetirəcək. O, ertəsi gün keçiriləcək “Veilimdorf” - “Viten Orşa” matçına 1-ci hakim kimi təyinat alıb.

Qrupun son turunun oyunlarına hələlik təyinat olmayıb.

İdman.biz