Son Azərbaycan çempionundan növbəti transfer

Xəbərlər
11 Avqust 2025 11:22
42
Son Azərbaycan çempionundan növbəti transfer

Futzal üzrə son Azərbaycan çempionu "Araz-Naxçıvan" növbəti transferini həyata keçirib.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov bildirib.

Naxçıvan təmsilçisi "stolb" mövqeyində çıxış edən Alleks Rezende Da Silva ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, futzalçının son klubu Polşa təmsilçisi "Qlivitse" olub.

İdman.biz