"Maklaren"dən çempionluq açıqlaması

Xəbərlər
14 Fevral 2025 18:20
108
"Maklaren"dən çempionluq açıqlaması

Formula-1-də "Maklaren"in rəhbəri Andrea Stella komanda üzvlərinin 2025-ci ildə çempionluq şanslarını dəyərləndirib.

İdman.biz xəbər verir ki, o, Lando Norrisin bu istiqamətdə inkişaf etdiyini deyib.

"Lando düzgün yoldadır. İndi o dünya çempionu olmaq üçün yüksək keyfiyyətlər və bacarıqlara malikdir. Eyni sözləri Oskar Piastri haqqında söyləmək mümkündür", - deyə Stella bildirib.

Qeyd edək ki, Norris 2024-cü ildə 374 xalla 2-ci, Piastri isə 292 xalla 4-cü pilləni tutub. Mütəxəssislər bu mövsümdə "Maklaren" sürücülərinin çempionluq yarışına qoşulacaqlarını proqnozlaşdırıblar.

İdman.biz