"Red Bull"un pilotu, fransız pilot İsak Hacar sentyabrın 12-dən 14-dək Madriddə keçiriləcək İspaniya Qran-prisində çıxış etməyəcək.
İdman.Biz "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, Hacar həmçinin sentyabrın 5-dən 7-dək Montsada keçiriləcək qarşıdan gələn İtaliya Qran-prisini də buraxacaq.
Xatırladaq ki, pilot boks məşqi zamanı biləyindən zədə alıb. "Red Bull"da onun yerini Niderland Qran-prisində çıxış edərək yeddinci olan "Racing Bulls"un pilotu, yeni zelandiyalı Liam Louson tutub.
