“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatının ən yaxşı bombardiri kimi “Qızıl Buts” mükafatını alıb.
İdman.biz xəbər verirki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mükafatı ona klubun keçmiş kapitanı və ən məhsuldar oyunçusu Məcid Abdulla təqdim edib.
"Qızıl Buts" "Əl-Nəsr"in kapitanının Səudiyyə Ərəbistanı çempionatında ardıcıl ikinci mükafatıdır.
Qeyd edək ki, ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında Ronaldo 30 oyunda 25 qol vurub və 3 məhsuldar ötürmə edib. Hücumçu 2023-cü ildən “Əl-Nəsr”də çıxış edir və onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.
İdman.biz