Emin Mahmudovdan rekordu ilə bağlı PAYLAŞIM - VİDEO

Xəbərlər
11 Sentyabr 2025 15:17
74
Emin Mahmudovdan rekordu ilə bağlı PAYLAŞIM - VİDEO

"Millidə 15-ci qolumu vurmaq və rekordçu olmaq mənim üçün sadəcə statistika deyil, bu, formanı geyinməyin verdiyi məsuliyyətin və qürurun ifadəsidir".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov sosial şəbəkə hesabında paylaşıb.

Futbolçu Qurban Qurbanovun rekordunu yenilədiyi üçün ona köməyi dəyən hər kəsə minnətdarlığını ifadə edib: "Mənə inanan məşqçilərimə, meydanda yanımda olan komanda yoldaşlarıma və hər zaman bizi ürəkdən dəstəkləyən azarkeşlərimizə minnətdaram. Sizin üçün oynamaq həmişə şərəfdir".

Qeyd edək ki, Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Ukaryna ilə 1:1 hesabı ilə başa çatan görüşdə bərabərlik qolunu vurub.

İdman.biz