Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Motor" 6-cı turda "Korona"nın qonağı olub.
Renatın ehtiyatda start verdiyi qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə keçib. "Motor" səfərdə 0:2 hesabı ilə uduzub. Dadaşov görüşün 73-cü dəqiqəsində meydana çıxmaq şansı qazansa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Qeyd edək ki, Lublin təmsilçisi keçirdiyi 5 oyunda 5 xal qazanıb. İlk turda qalib gələn Renatın komandası son dörd matçda iki dəfə uduzub, iki dəfə heç-heçə oynayıb.
İdman.biz