“Tottenhem” azarkeşləri Ebereçi Eze uğrunda mübarizədə “Arsenal”a məğlub olmuş klubu yeni futbolçu transferi üçün səylərini davam etdirməyə çağırıblar.
İdman.biz xəbər verir ki, onlar daha çox “Aston Villa”nın ulduzu Morqan Rocerslə müqaviləyə üstünlük verirlər.
Rocersə olan maraq təəccüblü deyil. 23 yaşlı oyunçu Unai Emerinin rəhbərliyi altında son dövrlərdə ciddi irəliləyiş edib. O, PFA-nın versiyası üzrə ilin ən yaxşı gənc oyunçusu mükafatını qazanıb. Diqqətdən kənarda qalmayan Morqanı həm “Çelsi”, həm də “Mançester Siti” izləyir.
Qeyd edək ki, “Aston Villa” Rocersi saxlamaqda qərarlıdır, çünki Emeri uzunmüddətli planlarında onu əsas oyunçu olaraq görür. Bununla belə, “Tottenhem”in hücum xəttini gücləndirmək səyləri nəzərə alınarsa, “Villa” Rocersi saxlamaq üçün qətiyyət göstərməli olacaq.
İdman.biz