“Şkendiya”nın futbolçusu: "Sabah qalib gəlmək istəyirik"

Xəbərlər
11 Avqust 2025 19:49
46
“Şkendiya”nın futbolçusu: "Sabah qalib gəlmək istəyirik"

“Bakıya gələrkən çətin oyun olacağını bilirdik".

İdman.biz xəbər verir ki, bunu UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin "Qarabağ"la cavab görüşündən əvvəl "Şkendiya"nın yarımmüdafiəçisi Kamer Qaka deyib.

- Bakıya hansı istəklə gəlmisiz? "Qarabağ"ı məğlub edə biləcəksiz?

- Çətin matç olacağını bilirik. Öz oyunumuzu oynayacağıq. "Qarabağ" güclü, ciddi rəqibdir. İlk qarşılaşmada təəssüf ki, istədiyimiz səviyyədə oynaya bilmədik.

- "Qarabağ"ın heyətində hansı oyunçu sizə çətinlik yaratdı?

- Fərd olaraq onu deyə bilmərəm. Futbolçulara fərdi fikir vermirəm. Futbol komanda oyunudur. "Qarabağ" kollektiv oynayır. Ona görə ad çəkməyəcəm.

- Əvvəlki mərhələdə FCSB-ni keçməyiniz sizə motivasiya verir?

- Hər oyunçunun istəyi odur ki, qələbə qazansın. Biz də oyuna bu niyyətlə çıxacağıq. FCSB ilə matçda qələbə bu görüş üçün fakt deyil.

İdman.biz