"Qarabağ" rəsmisi: "İlk oyunda 3:0 hesablı qələbə əldə etsək də, turu keçməmişik"

Xəbərlər
24 İyul 2025 14:16
69
"Qarabağ" rəsmisi: "İlk oyunda 3:0 hesablı qələbə əldə etsək də, turu keçməmişik"

"Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində səfərdə İrlandiyanın “Şelburn” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyun haqqında danışıb.

İdman.biz xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlama verən klub rəsmisi hələlik heç nəyin həll olunmadığını söyləyib.

O bildirib ki, ilk oyunda 3:0 hesablı qələbə əldə etsələr də, turu keçməyiblər: “Şelburn” olduqca güclü və təhlükəli komandadır. Gələn həftə Bakıda cavab oyunu baş tutacaq. Bundan sonra gələcək barədə danışmaq olar”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

İdman.biz