Argentina çempionatı ilk turunun oyununda “Rosario Sentral” doğma meydanda “Qodoy Krus”la 1:1 hesablı heç-heçə edib.
İdman.biz xəbər verir ki, “Rosario Sentral”in heyətində "Benfika"dan gələn əfsanəvi Anxel Di Maria fərqlənib.
37 yaşlı futbolçu 18 ildən sonra doğma klubuna qayıdışını penaltidən vurduğu qolla qeyd edib.
Di Maria zədələnərək 89-cu dəqiqədə meydanı tibb maşınında tərk etməli olub.
Qeyd edək ki, argentinalı yarımmüdafiəçi son 7 qolunun hamısını yalnız onbirmetrlik cərimə zərbəsindən vurub. Ümumilikdə, Di Maria karyerası ərzində rəqib qapılarından 228 top keçirib.
İdman.biz