Da Silva Berdıyevdən narazıdır: “Allah hər şeyi görür”

Xəbərlər
13 İyun 2025 16:14
45
Da Silva Berdıyevdən narazıdır: “Allah hər şeyi görür”

“Komandadan ayrılmağımla bağlı xəbəri görəndə təəəcübləndim. Açığı, baş məşqçi Kurban Berdıyevin bu qərarı anlaşılmaz oldu”.

İdman.biz xəbər verir ki, bunu Futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”dan göndərilən braziliyalı yarımmüdafiəçi Kristian da Silva deyib.

35 yaşlı futbolçu komandadan göndərilməsinə təəccübləndiyini bildirib: “Allah hər şeyi görür. Tezliklə yeni klubda olacam. Mən Tovuz klubunda yaxşı mövsüm keçirdim. Hər oyunda meydanda idim. Oradan niyə ayrıldığımı hələ də bilmirəm. Mənim üçün yeni qapı açılacaq”.

Da Silva Azərbaycanda başqa klubdan təklif almadığını da vurğulayıb.

Qeyd edək ki, braziliyalı futbolçu “Turan Tovuz”da 27 oyunda meydana çıxıb və 3 ol vurub. O, bundan əvvəl Misli Premyer Liqasının digər təmsilçisi “Sabah”da top qovub.

İdman.biz