“Zirə” 2 futbolçusu ilə müqavilə müddətini uzadıb.
İdman.biz xəbər verir ki, Anar Nəzirovla 1 illik yeni müqavilə bağlanılıb.
Həmçinin İsmayıl İbrahimli “Qarabağ”dan komandaya transfer olunub. Son iki mövsümü icarə əsasında “Zirə”də keçirən yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
İdman.biz