AFFA və UEFA-dan birgə layihə - FOTO

Xəbərlər
11 İyun 2025 15:55
46
AFFA və UEFA-dan birgə layihə - FOTO

AFFA və UEFA-nın birgə həyata keçirdiyi SCALE (Special Dual Career Paths to Prevent Early School Leaving) layihəsi çərçivəsində gənc futbolçuların inkişafı davam edir.

İdman.biz xəbər verir ki, layihə “Şəfa” (U-15 & U-17 qızlar), “Ramana” (U-17), EFA (U-17) və “Atletico Baku” (U-14) komandalarında həyata keçirilir.

Məqsəd təhsildən uzaqlaşmanın qarşısını almaq və gənclərə həm meydanda, həm də təhsildə dəstək olmaqdır. Təlimlər xüsusi hazırlıq keçmiş məşqçilər tərəfindən keçirilir.

Qeyd edək ki, SCALE layihəsi 2025-ci ilin sonunadək davam edəcək.

İdman.biz