Rəşad Sadıqov: “Çox istərdim ki, dünya çempionu olaq”

Xəbərlər
1 İyun 2025 17:57
54
Rəşad Sadıqov: “Çox istərdim ki, dünya çempionu olaq”

"Çempionluq Azərbaycanda əla qarşılanacaq”.

İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, minifutbola göstərilən diqqətin öz nəticəsini dünya çempionatında da verəcəyinə inam ifadə edib:

“Bu idman növü üzərində illərdir böyük diqqət və həvəslə ciddi iş gedir, əhəmiyyətli inkişaf var. Minifutbol üzrə ölkə çempionatı maraqlı keçir, milli komanda beynəlxalq yarışlarda uğurlu nəticələr göstərir,

"Birbaşa" komandası Çempionlar Liqasının qalibi olub. Bu idman növünə ayrılan diqqətin bəhrəsi görünməkdədir.

Çox istərdim ki, dünya çempionu olaq. Amma nəticə nə olursa-olsun, biz qalibik. Ən vacibi, bu cür yarışı ölkəmizdə qeyd etməyimizdir. Qonaqların hamısı ayrı-ayrılıqda indiyədək belə bir dünya çempionatı görmədiklərini qeyd edirlər.

Bu, həm minifutbol, həm də futbol və futzalın inkişafı üçün təkan olacaq. O mənada ki, biz hər bir idman növündə uğurlar əldə edə bilərik. Komandamızı təbrik edirəm. Favoritlər üzərində qələbə qazandıq. İnanıram ki, dünya çempionu olacağıq”.

İdman.biz