Fransada “BMW” PSJ-nin qələbəsini qeyd edən azarkeş kütləsinə çırpılıb

Xəbərlər
1 İyun 2025 09:59
48
Fransada “BMW” PSJ-nin qələbəsini qeyd edən azarkeş kütləsinə çırpılıb

Fransanın Qrenobl şəhərində PSJ-nin 2024/2025 mövsümünün UEFA Çempionlar Liqasındakı qələbəsinin qeyd edən azarkeşlər xəsarət alıb.

İdman.biz xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

“BMW”nin sürücüsü avtomobili kütlənin üzərinə sürüb. Hadisə nəticəsində bir ailədən 17, 23 və 46 yaşlarında olan 4 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır. Sürücünün bunu təsadüfən etdiyi və polisə təslim olduğu bildirilir.

Parisin mərkəzində də iğtişaşlar baş verib. Azarkeşlər tərəfindən bir avtobusunun arxa şüşəsini sındırılıb, iki avtomobil yandırılıb. Polis 300-ə yaxın azarkeşi həbs edib.

Qeyd edək ki, Paris təmsilçisi final matçında “İnter”ə 5:0 hesabı ilə qalib gəlib.

İdman.biz