“Araz-Naxçıvan”da yeni müqavilə

Xəbərlər
29 May 2025 11:00
37
“Araz-Naxçıvan”da yeni müqavilə

Tərlan Əhmədli ilə müqavilənin müddəti uzadılıb.

İdman.biz xəbər verir ki, 31 yaşlı qolkiper daha 1 il “Araz-Naxçıvan”ın formasını geyinəcək.

O, 2024-2025-ci illər mövsümündə də “qırmızı-ağlar”ın heyətində yer alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro və qapıçı Kristian Avramla da yeni müqavilə imzalanıb.

İdman.biz