Premyer Liqada şərikli REKORD

Xəbərlər
21 May 2025 11:33
31
Premyer Liqada şərikli REKORD

İngiltərə Premyer Liqasında ən çox qol epizodları yaradan futbolçuların siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, bu göstəricidə rekorda iki futbolçu şərikdir.

“Mançester Siti”nin belçikalı ulduzu Kevin de Bruyne ilə “Arsenal” və “Çelsi”nin sabiq yarımmüdafiəçisi Sesk Fabreqas hamını qabaqlayırlar. Onlar hərəyə 846 qol imkanı yaradıblar.

İlk “üçlüy”ü Stiven Cerrard qapayır – 828. Frank Lempard 802, David Silva 793 dəfə bunu bacarıb.

İdman.biz