Premyer Liqanın ən yaxşısı adına 8 namizəd

Xəbərlər
15 May 2025 15:51
53
Premyer Liqanın ən yaxşısı adına 8 namizəd

İngiltərə Premyer Liqasında mövsümün futbolçusu adına namizədlər bəlli olub.

İdman.biz xəbər verir ki, siyahını Premyer Liqanın mətbuat xidməti açıqlayıb.

Ən yaxşı adına 8 futbolçu iddia edir. Bunlar Morqan Qibbs-Uayt, Kris Vud (hər ikisi “Nottinhem Forest”), Məhəmməd Salah, Vircil van Deyk, Rayan Qravenberx (hamısı “Liverpul”), Aleksander İsak (“Nyukasl”), Brayan Mbeumo (“Brentford”), Deklan Raysdır (“Arsenal”).

Qeyd edək ki, Salah İngiltərədə Futbol Yazarları Assosiasiyası (FWA) tərəfindən ilin futbolçusu mükafatına layiq görülüb.

İdman.biz