"Atalanta" Çempionlar Liqasına vəsiqə qazanan 16-cı komanda olub

Xəbərlər
13 May 2025 09:37
47
"Atalanta" Çempionlar Liqasına vəsiqə qazanan 16-cı komanda olub

"Atalanta" İtaliya A Seriyasının 36-cı turu çərçivəsində doğma meydanda "Roma"nı 2:1 hesabı ilə məğlub edib.

İdman.biz xəbər verir ki, Berqamo təmsilçisi bu qələbə sayəsində tarixində 5-ci dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.

2019/20 mövsümündə 1/4 finala kimi irəliləyən "Atalanta" 2025/26-cı illər Çempionlar Liqasında iştirakını təmin edən 16-cı komanda olub:

İngiltərə - "Liverpul"
İspaniya - "Barselona", ​​"Real Madrid", "Atletiko"
İtaliya - "Napoli", "İnter", "Atalanta"
Almaniya - "Bavariya", "Bayer"
Fransa - PSJ, "Marsel", "Monako"
Hollandiya - "Ayaks", PSV
Çexiya - "Slaviya"
Yunanıstan - "Olimpiakos"

İdman.biz