Yeni mövsümdə I Liqada da legioner limiti dəyişəcək.
İdman.biz xəbər verir ki, Sport24.az-ın əldə etdiyi məlumata görə, ölkə futboluna rəhbərlik edənlər aşağı dəstənin də səviyyəsini yüksəltmək, həmçinin, 2025/26 "futbol ili"nin yekununda elitaya yüksələcək komandanın Premyer Liqaya hazır olmasını nəzərə alıb bu addımı atmağa qərar verib.
Növbəti mövsümdə I Liqada limit "8+3" olacaq. Yəni, komandalar eyni anda 8 legionerin xidmətindən yararlana biləcəklər. İcraiyyə Komitəsinin qarşıdakı iclasında bu məsələ gündəmə çıxarılacaq.
Qeyd edək ki, hazırda I Liqada limit "3+8" şəklindədir. Hər komandanın heyətində maksimum 3 əcnəbi meydana çıxa bilər.
İdman.biz