"Zirə"nin legioneri: "Sumqayıt"la görüşdə məqsədimiz dəyişməyəcək"

Xəbərlər
20 Aprel 2025 13:10
271
"Zirə"nin legioneri: "Sumqayıt"la görüşdə məqsədimiz dəyişməyəcək"

"Turnir cədvəlindəki mövqeyimizi bərkitmək etmək üçün çox vacib qələbə qazana bildik".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin müdafiəçisi Stefan Akka Sportal.az-a açıqlamasında deyib.

Qəsəbə təmsilçisinin üzvü Misli Premyer Liqasının 30-cu turunda məğlub etdikləri “Neftçi”yə qarşı görüşdən danışıb: "Təbii ki, asan oyun deyildi. Amma nə qədər çətin vəziyyətə düşsək də, sonda qalibiyyəti əldə etməyi bacardıq. Həmin oyun bitər-bitməz “Sumqayıt”la oyuna fokuslanmışıq. Matça da yaxşı hazırlaşmışıq".

34 yaşlı futbolçu bu gün Misli Premyer Liqasının 32-ci turunda keçirəcəkləri “Sumqayıt”la matçdan gözləntilər barədə bunları deyib: "Sumqayıt"la görüşdə də məqsədimiz dəyişməyəcək. Digər oyunlara olduğu kimi, bu matça da qələbə üçün çıxacağıq. Kollektivimizə inanıram. Qələbə qazanmaq üçün sona qədər mübarizə aparacağıq".

İdman.biz