"Linkoln" - "Qarabağ" matçının vaxtı dəqiqləşib

Xəbərlər
16 İyul 2024 23:51
736
"Linkoln" - "Qarabağ" matçının vaxtı dəqiqləşib

Çempiolar Liqasının II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq "Qarabağ"ın ilk oyununun vaxtı dəqiqləşib.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu iyulun 23-də "Linkoln"un qonağı olacaq.

Cəbəllütariqin "Europe Point" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, cavab matçı iyulun 30-da paytaxtımızda olacaq.

İdman.biz